Sabirabadın daha 2 kəndinə təbii qaz verildi

26

 

 

Sabirabad rayonunun daha 2 kəndinə təbii qazın verilməsi münasibətilə mərasimlər keçirildi.

Xalq.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildiriblər ki, Sabirabad Rayonunun ümumilikdə 871 abonenti olan Qaratəpə və Qaralar kəndlərinə təbii qazın verilməsi məqsədilə birpilləli sistem əsasında 112,9 kilometr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 871 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.