Sabirabadlı qadınların seçimi İlham Əliyevdir

XALQ,AZ xəbər verir ki, Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Sabirabad rayonunda uğurla davam edib. Təbliğat kampaniyası çərçivəsində növbəti görüş rayon Mədəniyyət Mərkəzində rayon qadınlarıyla keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon şöbəsinin sədri Məleykə Ağayeva ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən və sürətli iqtisadi inkişafa nail olmasından danışıb. Rayon şöbəsinin sədri bütün bu uğur və nailiyyətlərin cənab Prezidentin rəhbərliyi ilə gerçəkləşdiyini bildirərək, seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin üzvləri Rüstəm Xəlilov, Elçin Quliyev bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı, əhalinin sosial-rifah halının yaxşılaşdırılması naminə apardığı məqsədyönlü fəaliyyəti hamımızın gözü qarşısındadır. Tikilən yeni məktəblər, səhiyyə ocaqları və müasir görünüşlü inzibati binalar ölkəmizin simasını dəyişir. Biz ölkəmizin dinamik inkişafını təmin edən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırıq.

Görüşdə çıxış edən YAP rayon qadınlar şurasının sədri Rəna Hacızadə, təşviqat qrupunun üzvü Şükufə Tağıyeva da sabirabadlı qadınların seçiminin ancaq Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev olduğunu qətiyyətlə bildiriblər.

Elgün