Yaponiyanın Okinava adası sakinləri 100 ildən çox yaşayan nadir insanlardandır. Bəs bu insanlar 100 il ömür sürməyi necə bacarırlar?
XALQ.AZ publika.az-a istinadən bu sualın cavabını bəndlə təqdim edir:
-
Bir yaşama səbəbi seçməlisiniz. Hər gün niyə yuxudan oyandığınızı və nə edəcəyinizi bilməyiniz önəmlidir.
-
Qidalanmada bitkilərə üstünlük verməlisiniz. Şirin kartof, qızardılmış tərəvəz kimi qidaların enerji dəyəri yüksək, kalori dəyəri isə çox azdır.
-
Okinava adasında yaşayan insanlar təsərrüfat və bağ işlərinin stressi azaltdığını deyir. Bitki və heyvan bəsləməyə daha çox vaxt ayırmalısınız.
-
Bolluca D vitamini qəbul etməli və Günəşin dadını çıxarmalısınız.
-
Sosial dəstək qruplarında fəal iştirak önəmlidir. Cəmiyyət içində olmaq insanın özünə güvən hissini möhkəmləndirir.
-
Türkəçarədə istifadə edilən bitkiləri öz əllərinizlə yetişdirməli və gün ərzində qidalanarkən onlardan istifadə etməlisiniz.
-
Hərəkət, idman, aktiv həyat!