Sahibə Qafarova sərəncam imzaladı

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Bu barədə XALQ.AZ-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  məlumat verilib.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixində Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Qeyd edək ki, üç gün davam edəcək sessiyada 6 məsələyə baxılacağı gözlənilir. Bunlardan ən əsası “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədir.