Sahibə Qafarova Ermənistanın hərbi təxribatlarından danışdı

Milli Məclisin sədri Sahibə Qafarova ilə Türkiyənin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı arasında telefon danışığı olub. 

Bu barədə XALQ.AZ-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, sentybarın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatlar müzakirə edilib.

Həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub.   Telefon söhbətində Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlar müzakirə edilib.