Sahil Babayev qəbul keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin Quba rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşlarla görüşdə əlilliyin qiymətləndirilməsi, bərpa müalicəsinə köməklik göstərilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlbolunma, həmçinin vətəndaşların bu və ya digər sosial təminat növünə hüququnun müəyyən edilməsi və s. məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər görülüb. Müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların aktiv məşğulluq proqramlarına və reabilitasiya tədbirlərinə cəlb edilməsi tapşırılıb, onlara ətraflı izahatlar verilib.


Orxan