Sahil Babayev yeni mətbuat katibi təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunub.

XALQ.AZ xəbər verir ki, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevin əmri ilə Fazil Talıbov qurumun mətbuat katibi təyin edilib. Yeni işində artıq fəaliyyətə başladığını bildirən Fazil Talıbov jurnalistlərlə sıx əməkdaşlıq edəcəyini və onlara məlumat almaqda yardım olacağını bildirib.

Qeyd edək ki, bu təyinata qədər F.Talıbov ləğv edilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.

Sahil Babayev yeni mətbuat katibi təyin etdi

 

 

Orxan