Sahil Babayeva vəzifə verildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

XALQ.AZ xəbər verir ki, sərəcamla komissiyanın tərkibi yeni redaksiyada verilib.

Komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

Komissiyanın üzvləri siyahısına xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, energetika nazirinin müavini, mədəniyyət nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, təhsil nazirinin müavini, səhiyyə nazirinin müavini, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Neft Şirkətinin vitse-prezidenti, Mərkəzi Bankı sədrinin müavini, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri daxildir.

Sərəncamla Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Rumıniya tərəfinə bildiriş göndərilməsi tapşırılıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.