Sahil Babayevdən yeni Təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Yavər Məmmədov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsinə rəis təyin olunub.

Qeyd edək ki, o, bundan əvvəl DSMF-də direktor müşaviri vəzifəsində çalışıb.