Şahin Mustafayev baş katiblə görüşdü

İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə iqtisadi sahədə əlaqələrinin inkişafı, 2019-cu il 14-15 oktyabr tarixlərində Bakıda keçiriləcək TDƏŞ-in VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili məsələləri müzakirə edilib.

TDƏŞ baş katibi ilə həmçinin, üzv ölkələr arasında iqtsadi-ticarət əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacaq Birgə İnvestisiya Fondunun yaradılması barədə fikir mübadiləsi aparılıb.