Şahin Seyidzadə seçicilərin problemlərini həll etdi

sahinn

“Milli Məclisdə təmsil etdiyim 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə bəzi müraciətlər əsasında bu gün 10 seçicimlə videoformatlı qəbul həyata keçirildi”.

XALQ.AZ xəbər verib ki, bunu millət vəkili Şahin Seyidzadə bildirib:

“Abşeron (Hökməli, Qobu və Saray qəsəbələri) və Qobustan (Ərəbqədim kəndi) rayonlarından daxil olan müraciətlər əsasında seçicilərimlə ətraflı söhbət və fikir mübadiləsi apardıq. Ümumilikdə sosialtəminat, məşğulluq, torpaq, əmlak, infrastruktur, kommunal problemlər, təhsil və sağlamlıq məsələləri üzrə müraciət edən seçicilərimizdən ilkin məlumatlar əldə edilərək, məsələlər təfərrüfatlı araşdırılaraq növbəti addımların atılması üçün müvafiq qeydlər aparıldı”.

1598531548 118343128 2235430503270205 2489941828856475454 o

XALQ.AZ