Şahin Seyidzadə seçicilərlə onlayn müzakirə aparıb

Bu gün Milli Məclisin deputatı Şahin Seyidzadə təmsil etdiyi 50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan və işləyən vətəndaşlardan daxil olan müraciətlər əsasında növbəti video-qəbul həyata keçirib.

XALQ.AZ xəbər verir ki, Abşeron rayonu üzrə Novxanı kəndi, Qobu, Ceyranbatan və Hökməli qəsəbələri, Qobustan rayonu üzrə isə Ərəbşalbaş, Nabur, Cəmcəmli və Poladlı kəndlərinin sakinləri ilə məşğulluq, təhsil, infrastruktur, əmlak və torpaq məsələləri üzrə müraciətlər ətrafında müzakirə aparan deputat onların problemlərinin həlli ilə bağlı müvafiq dairələrə müraciət edəcəyini bildirib.