Şahmat yığmamız Avropa çempionu oldu

 

7

Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatı başa çatıb. ANS PRESS-in məlumatına görə, 9-cu turda Azərbaycan millisi Ermənistan yığmasının şahmatçıları ilə qarşılaşıblar.

Gərgin mübarizədə bütün lövhələrdə heç-heçə qeydə alınıb – 2:2.

Bu, nəticə komandamız üçün sərfəli olub. İkinci masada oynayan Fransa yığması Rusiya kollektivinə uduzduğundan (2,5:1,5) yığmamız birinciliyini möhkəmləndirib.

Ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində 2-ci dəfə komandalararası Avropa çempionu olub.
Azərbaycan- Ermənistan – 2:2

Şəhriyar Məmmədyarov – Levon Aronyan 0,5:0,5
Teymur Rəcəbov – Sergey Movsesyan 0,5:0,5
Rauf Məmmədov – Vladimir Akopyan 0,5:0,5
Qədir Hüseynov – Qabriel Sərkisyan 0,5:0,5


Comments are closed.