Şairin həbsdən çıxması üçün bank hesabı açıldı

Şair Murad Köhnəqalanın həbsdən azad edilməsi üçün tələb olunan 12 min manat vəsait yaxın zamanda ödənilməsə, onu illərlə həbs gözləyir.
XALQ.AZ xəbər verir ki, bu haqda şairin həyat yoldaşı Şəlalə Göytürk sosial şəbəkədə bildirib.
“Murad Köhnəqala alicənab insan, gözəl ata, həssas və dəyərli ziyalıdır. Onun həbsxanada haqsız yerə çürüməsinə imkan verməyək!” deyən Şəlalə Göytürk ictimaiyyətə müraciət ünvanlayıb.
O, hər kəsdən Murad üçün yardım kampaniyasına qoşulmağı xahiş edib. Artıq Murad Köhnəqalanın həbsdən azad edilməsi üçün bank hesabı da açılıb.

Bank hesab nömrəsi:
Azərbaycan Beynəlxalq Bankı:
MAMMADOVA SHALALA MUSA
AZ94IBAZ33881019446274006208