Sakinlərə müjdə

Yol

Paytaxtda əhəmiyyətli yollardan biri artıq vətəndaşların istifadəsinə verilib.

Ötən gün axşam saat 23:00-dan etibarən “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Bakıda, Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) hissə-hissə aparılan yenidənqurma işləri tam başa çatıb.

Belə ki, bağlanan Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsilə kəsişməsindən Tbilisi prospektilə kəsişməsindək olan son hissəsində aparılan yenidənqurma işləri yekunlaşıb.

“Ümumiyyətlə Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsilə kəsişməsindən Tbilisi prospektilə kəsişməsinədək hissəsində aparılan yenidənqurma işləri bitib. Bununla da, Bakı üçün əhəmiyyətli yollardan biri vətəndaşların istifadəsinə verilib”, – deyə Pünhan Mürsəliyev vurğulayıb..