“Salaam Cinema Baku” ilə bağlı mühüm qərar

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişik edilib.

XALQ.AZ xəbər verir ki, Baş Nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, 2 tikili “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə əlavə edilib. Onlardan biri 1913-cü ildə tikilmiş, S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən ibadət evi, digəri isə R.Rza küçəsi 34 ilə H.Aslanov küçəsinin kəsişməsində yerləşən məsciddir.

Mədəniyyət Nazirliyinə qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən bina “Malakanların evi” kimi tanınır və özəl mülkiyyətdədir. Hazırda binada “Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.

 

Orxan