Salman Xan həbs olundu

Dünya şöhrətli hind aktyoru Salman Xan həbs edilib.
XALQ,AZ xəbər verir ki, Bollivud ulduzu 20 il əvvəl nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan hind maralını öldürməkdə ittiham edilir. O, 1998-ci ildə 2 hind maralını öldürüb və buna görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Aktyora həmçinin 10 min rupi pul cəzası tətbiq edilib.
52 yaşlı Salman Xan artıq 2 gündür həbsdədir. O, yemək və içməkdən imtina edir.


Elgün