Salyan rayonun Xələc və Aşağı Kürkənd kəndlərində seçicilərlə görüşlər keçirildi

9

 

Xalq.az xəbər verir ki,Salyan rayonunda prezidentliyə namizəd cənab ilham Əliyevin seçki qərargahının üzvlərinin rayonun Xələc və Aşağı Kürkənd kəndlərində seçicilərlə təntənəli görüşləri keçirildi.

Görüşlərdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, Milli Məclisin deputatları Əliağa Hüseynov, Fəzail Ağamalı və Azərbaycan Pedaqoji Universitetnin prorektoru Vilayət Əliyev seçicilərlə səmimi söhbətlərində bir daha əmin oldular ki, Salyan sakinləri mütləq səs çoxluğu ilə cənab İlham Əliyevə səs verəcəklər.