Salyan rayonunda-Hesabat

19

 

Salyan rayon icra hakimiyyəti başçısının 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığincağı keçirilmişdir.Yığincaq iştirakçıları ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini gül çiçək dəstələri qoymuş, xatirəsini yad etmişlər. Sonra yeni istifadəyə verilmiş Heydər Əliyev mərkəzinin foyesində rayonun sosial- iqtisadi inkişafına dair fotosənədlərə, sənaye və kənd təsərrüfatı məhsullarına baxış keçirilmişdir.

RİH başcısı yanında şura üzvlərinin, idarə, müəsissə, təşkilat rəhbərlərinin Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Adullayevin də iniştirak etdiyi yığıncaqda Salyan rayon icra hakimiyyətinin başçısı cənab Tahir Kərimov geniş hesabat məruzəsi ilə çıxış etmişdir. RİH başçısı hesabat ilində rayonda regionların sosial- iqdisadi inkişafına dair Dövlət Proqramları cərcivəsində görülmüş işlərdən danışmış, Azərbaycan Rspublikası Prezidenti Cənab İlham Əliyevin tapşırıq və göstərişlərinin həyata keçirilməsi işində salyanlıların işküzalıq və əzmkarlığindan söz açmışdır.
Məruzə ətrafında çıxışlar olmuşdur. Rayon maliyyə şöbəsini müdiri Mahir Kərimov, RTS-nin müdiri Əbülfət Bədəlov, Rayon Qaz istismar sahəsinin rəisi Xəyyam Hüseynov, Rayon Mədəniyyət evinin direktoru Adilə Əliyeva, Rayon mərkəzi xəstəfanasının baş həkimi Hüseynağa Həsənov, iş adamı Famil Məmmədov söz alaraq hesabat ilində çalışdıqları kollektivlərdə görülmüş işlərdən, əldə edilmiş uğurlardan söz açmış, həmcinin həllini gözləyən problemlərdən danışmışlar.
Tədbir içtirakçıları sırasından söz alaran şəhər sakini Şahin Zərbaliyev ölkə başçısı cənab İlham Əliyevə Salyanda həyata keçirilən abadlıq-quruculuq işlərinə, insanların sosial problemlərinin həyata həll edilməsi, onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür və minnətdarlıqlarını bildirmişdr.
Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Adullayev hesabat yığıncağında çıxış edərək Azərbaycan Pespublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildə ölkəmizdə əldə olunan uğurlu nəticələrdən danışmış, bu il fevral ayının əvvəlində yeni qəbul edilən Regionların sosial -iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı cərcivəsində görüləcək işlərdən söz açmışdır.

Hesabat yığıncağında müzakirə olunan məsələyə dair geniş qərar qəbul edilmişdir.
Yığıncaq iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul edilmişdir.