Salyanda 2014-cü ilin birinci rübünə yekun vuruldu

Salyan-1

19 aprel 2014-cü il tarixdə rayonda Heydər Əliyev Mərkəzində aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra hakimiyyəti başçısı yaninda Şura iclası keçirilmişdir. Tədbirdə Millət vəkilləri Ə.Hüseynov və F.Ağamalı, İdarə, müəssisə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov məruzə ilə çıxış etmışdir.
Məruzə ətrafında çıxış edənlər cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə edilən uğurlu göstıriciləri mötərəm Prezidentimiz cənab İlham Əıiyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərin məntiqi nəticəsi kimi dəyərləndirmişlər.
Iclasda muzakirə olunan məsələyə dair qərar qəbul edilmişdir.
Müşavirəyə yekun vuran rayon İcra hakimiyyətinin başçısı T.Kərimov qeyd etmişdir ki, rayonun ictimaiyyəti möhtərəm Prezidentimizin irəli sürdüyü əzəmətlı vəzifələrin uğurla həyata keçirilməsində fəal iştirak edəcək və uzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.