Salyanda “Bilik Günü”

 

22

Sentyabrın 15-də ölkəmizin hər yerində olduğu kimi, Salyan rayonunun ümumtəhsil məktəblərində də yeni dərs ilinə başlanmışdır. Rayondakı 55 ümumtəhsil məktəbinin hamısında bu münasibətlə təntənəli tədbirlər keçirilmişdir. Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı yanında şura üzvləri, qabaqcıl pedaqoqlar, “Bilik Günü” münasibətilə şəhər 2 saylı tam orta məktəbdəbi,  texniki təmayüllü 7 saylı məktəb liseydə və AMİ-nin Salyan filialında keçirilən tədbirlərdə iştirak etmiş, yeni dərs ilində rayonumuzun müəllim və şagirdlərinə uğurlar arzulamışlar.
15 sentyabr-”Bilik Günü” ilə bağlı rayonun bütün ümumtəhsil məktəblərində tədbirlər yüksək səviyyədə keçirilmişdir.

 

23 24 25 26 27 28