Şamaxıda əxlaqsızlıq yuvası

41

 

Şamaxıda istirahət guşəsində əxlaqsızlıq yuvası aşkarlanıb.

Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayonu Dədə Günəş kəndinin ərazisində yerləşən “Göy Qurşağı” istirahət mərkəzində rayon sakini Hüseynbaba Abdullayevin əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. Maraqlıdır ki, rəsmi məlumatda əxlaqsızlıq yuvası saxlayan şəxsin adı rayon sakini Hüseynbaba Abdullayev kimi təqdim olunsa da, bu istirahət mərkəzinin kimin olduğu açıqlanmır. Ancaq qeyri-rəsmi mənbələrdən daxil olan məlumatlarda iddia olunur ki, “Göy Qurşağı” istirahət mərkəzi vəzifəli şəxslərdən birinə məxsusudur.

Şamaxıdan aldığımız məlumata görə ”Göy Qurşağı” rayonun ən tanınmış istirahət mərkəzlərindən biridir və rayonun vəzifəli şəxsləri də bu istirahət mərkəzinin varlığından xəbərdar olublar, hətta onları dəfələrlə burada görənlər olub. Ona görə də “Göy Qurşağı” və burada baş verənlərlərdən onların da məlumatı olub. Bəs doğrudan da, bu istirahət mərkəzi kimindir?