Şamaxıda imza toplama kampaniyası

6

Asif Ağayevin   işdən çıxarılması üçün imza toplanılır

 

 

 Xalq.az-a Asif Ağayevlə  bağlı ciddi məlumatlar daxil olub. Şamaxı rayon icra hakimiyyətinin başçısı  Asif Ağayevin işdən çixarılması ilə bağlı rayon əhalisi Prezident Ilham Əliyevə  müraciət hazırlayırlar.

 İcra başçısından rayon sakinləri kütləvi şəkildə narazılıq bildirir. Redaksiyamıza daxil olan məlumatlarda, Şamaxı  rayonundan olan bir qrup sakin, sahibkarlar və fermerlər, rayonun icra başçısı Asif Ağayevin əməllərindən Prezident Administrasiyasına müraciət hazırlayırlar. Bu barədə Xalq.az-a Şamaxı  rayonundan olan bir qrup sahibkar məlumat verib, məlumatda da, qeyd olunur ki, Asif Ağayevin işdən çıxarılması  üçün imzaların toplanılması kampaniyasına Şamaxıda  fəaliyyət göstərən sahibkarlar həyata keçirir . Məlumatda bildirilir ki, Şamaxı  rayonunda dözülməz vəziyyət yaranıb, sahibkarların fəaliyyətinə müdaxilə  halları baş verir. Kampaniya başladanlar vurğulayırlır ki, icra başçısı Asif Ağayev  rayonda fəaliyyət göstərən sahibkarlara və fermerlərə vergidən əlavə rusumlar tətbiq edib. Rayonda vəziyyət dözülməzdir,bu şəkildə davam edə bilməz. İmza toplayıb Prezidentə müraciət göndərəcəyik ki, Asif Ağayevi  əvəzləsin. Məlumatda bildirilir ki, artıq yetərli imza toplanılıb