Şamaxılılar hər gün ərizə yazmaqdan beziblər
Bildiyiniz kimi ölkə başçısı regionların sosial inkişafı üçün hər il dövlət büdcəsindən və Prezidentin ehtiyyat fondundan lazımi vəsait ayırır. Şamaxı rayonunun inkişafı üçün də kifayət qədər pul ayrılsa da həmin pulların necə xərclənməsi bilinmir. Şamaxı rəsmilərinin dediyinə görə rayonun mərkəzi və yolları guya əsaslı təmir olunub. Ancaq müşahidələr göstərir ki, orada əsaslı təmirdən heç bir söhbət gedə bilməz, cünki sadəcə kosmetik təmir olunub. Bunlardan əlavə sakinlərin problemləri artıq pik həddə çatmışdır. Məlumata görə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev artıq 1 aydır ki, vətəndaşlarla qəbul keçirtmir,qəbula gələn kənd sakinləri isə icra nümayəndələrinə yönləndirilir. İcra nümayədələridə kənd sakinlərini aldadaraq verilən ərizələrin baxılması üçün zaman tələb olunduğunu bildirilər. Rayon sakinlərin problemlər olduğu kimi qalır. Şamaxı rayonunda isə problemlər çoxdur ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.Belə ki, rayonda sosial yardımlar düzgün ayrılmır, abadlıq işləri zəif aparılır,məmurlar vətəndaşların şikayətlərinə məhəl qoymur. Başqa bir məlumatda bildirilir ki, icra başçısı Asif Ağayev fermerlərdən ayliq vergidən əlavə ödəniş verilməsini tələb edir. Bu hadisə artıq fermerlərin narazılığına səbəb olub və Prezidentə şikayət etməyi planlaşdırırlar.
Ölkə başçısı öz çıxışlarında hər zaman sahibkarlara və fermerlərə lazimi şəraitin yaradılmasından, onlara hər cür dövlət tərəfindən köməklik göstərilməsini bildirir. Lakin Asif Ağayev rayonu öz təbilincə idarə etməyi lazım bilir .
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq