Samuxda “Jiquli” yas mağarına girib

06-1

Samux rayonunun Qarayeri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “VAZ 2106” markalı avtomobil yolun kənarında yas mağarına girib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib. Belə ki, Samux rayon Sarıqamış kənd sakini 22 yaşlı Taleh Babayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yolun kənarında quraşdırılan yas mağarına çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb, bir nəfər isə dünyasını dəyişib.

Ölən şəxs 46 yaşlı Sakit Səfiyevdir. Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.