Samuxda qanvermə aksiyası keçirilib

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ölkəmizin müxtəlif bölgələrində qanvermə aksiyaları həyata keçirir. Növbəti belə aksiya Samux rayonunda baş tutub.

Samux Rayon İcra Hakimiyyətindən bildirilib ki, aksiyada rayon əhalisi, idarə və təşkilatlar fəal iştirak ediblər. Ümumilikdə 86 donordan qan analizləri götürülərək laborator müayinəyə göndərilib.

Tədbirin keçirilməsində əsas məqsəd talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etməkdir.