Sarkisyan həbs olunur?

Ermənistanın eks-prezidenti Serj Sarkisyana qarşı cinayət işi açılıb.

XALQ.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, o dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinir.

“İbtidai isitntaq zamanı əldə olunan məlumatlara əsasən, Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 1-ci bəndi ilə (mənimsəmə) cinayət işi açılıb”-deyə xəbərdə deyilir.

Ermənistan Xüsusi İstintaq Xidməti 2013-cü il yanvarın 25-dən fevralın 7-nə qədər Sarkisyanın bir qrup şəxslə əlbir olaraq 489 milyon dram (1 milyon dollar) mənimsədiyi üzə  çıxıb. Prokurorluq Serj Sarkisyanın ölkə ərazisini tərk etməsinə qadağa qoyub.

XALQ,AZ