“Sarkisyan öldürüləcək!”

elsan
  Millət vəkili Elşən Musayev
Aprelin 2-i Ermənistanda Parlament seçkiləridir. Bu səbəbdən Sarkisyan 2 aydır vurnuxur. Əməllicə eyforiya yaşayır. Gah Avropa turnesinə (qastroluna) çıxdı, gah sərhəddə növbəti  təxribata can atdı, gah Dağlıq Qarabağdan “şirinquş” bəyənatı verdi, gah Beynəlxalq dairələrdəki quyruqbulayanlarının vasitəsilə ciddi lobbi dəstəyi qazanmağa çalışdı – amma variantların heç biri alınmadı ki, alınmadı.
Öz də seçki gününün mistikasına baxın: Aprelin 2-i. Azərbaycan ordusunun son zəfərinin ildönümü.
***
Sarkisyan hakimiyyətə terrorla gəlib. Ermənistan Parlamentindəki qətliamdan sonra. Bu fakt bütün ciddi dairələrə və istintaqa məlumdur. Həmin an spikerin güllələnməsi isə Sarkisyanın killərə xüsusi sifarişi olub. Çünki, qarşıdakı siyasi proseslərdə özünə ən böyük rəqib onu görürmüş…
Və…budur. Bumeranq fırlanır. Əkilən biçilir. Sarkisyan son günlər öz mühafizəsini düz 5 (!) dəfə gücləndirib. Demək, ciddi təhdid var. Başının üstündə qara buludlar dolanır.
Mənim intuisiyam deyir ki, Sarkisyan sui-qəsdin bir addımlığındadır və gəbərib cəhənnəmə vasil olmasına çox az qalıb.
Gözləyək…