Sarkisyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

Ermənistan Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın Çexiyada saxlanılan qardaşı oğlu Narek Sarkisyanın tezliklə ölkəyə ekstradisiya olunacağını bildirib.

XALQ.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş prokurorun məsləhətçisi Qoar Abramyan açıqlama verib.

O, rəsmi Yerevanın ekstradisiya xahişinə müsbət cavab verildiyini xatırladıb.

Narek Sarksiyan silah və narkotik qaçaqmalçılığında ittiham olunur. 2018-ci ilin dekabrında İnerpol onu Praqada saxlayıb. Narek Sarkisyan Honduras vətəndaşı Franklin Qonsalesin adına olan pasportla gizlənirdi.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/