Seçki ilə bağlı Beynəlxalq müşahidəçilərin ilk hesabatı

Müstəqil müşahidə qrupu seçkiöncəsi vəziyyətlə bağlı öz hesabatılarını açıqladılar

5

09 oktyabr 2013-cü ildə keçiriləcək  Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar seçkilərin müşahidə missiyasını keçirən Müstəqil müşahidə qrupunun üzvləri R.Kolaryo, N. Micel, M. Rider, H. Richard və M.Rocka seçkiöncəsi vəziyyəti qiymətləndirmək, seçki məsələləri üzrə texniki işlərin icra vəziyyəti ilə tanış olmaq, əhali arasında aparılan maarifləndirmə işlərinin monitorinqini aparmaq məqsədilə respublikaının müxtəlif bölgələrində səfərdə olmuşlar. Sözügedən müşahidə qrupunun üzvlərinin verdiyi məlumatda aparılmış müşahidələrin ümumi nəticəsələrinə görə, 2013-cü il Prezident seçkilərində əvvəlki seçkilərdən fərqli olaraq bütün qüvvələrin iştirakı və onlara bərabər şəraitin yaradılması, namizədlər tərəfindən aparılan təbliğat-təşviqat kampaniyasının sakit və normal bir atmosferdə keçməsi, Bakı şəhərində və ölkənin ayrı-ayrı regionlarında açıq hava və qapalı məkan toplantılarının keçirilməsi üçün müvafiq yerlərin ayrılması, MSK, İctimai TV, həmçinin yazılı və elektron KİV-lərdə təbliğat üçün şərait yayrdılması, İctimai TV-də namizədlər üçün ödənişsiz efir vaxtının ayrılması, aparılan kampaniyanın gedişi ərzində hər hansı pozuntunun olması barədə şikayətin edilməməsi, seçki məntəqələrinin seçkiyə tam hazır olması müsbət hal kimi qiymətləndirilmişdir.

Qeyd olunanlarla yanaşı Müstəqil müşahidə qrupu seçki nü Azərbaycan Respublikası hökumət orqanlarının seçkinin şəffaf, ədalətli və demokratik bir şəraitdə keçməsinə şərait yaradacağına ümid edir.