Seçkidə 90 minə yaxın müşahidəçi olacaq – MSK

Seçkilərdə müstəqil namizədlərin və siyasi partiya namizədlərinin 1129 səlahiyyətli nümayəndəsi var. 7603 nəfər məntəqə seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvüdür.

XALQ.AZ xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri vəkillərin sayının 2085 nəfər olduğunu deyib:

“Yekun olaraq 77 721 yerli müşahidəçi, 883 beynəlxalq müşahidəçi qeydə alınıb. Ümumilikdə, müşahidəçilərin sayı 90 minə yaxındır”.