Sekslə məşğul olan cütlük 6-cı mərtəbədən yıxıldı

Balkon

İngiltərənin paytaxtı Londonda çox qəribə faciə hadisəsi baş verib. XALQ.AZ-ın məlumatına görə, şəhərin mərkəzindəki lüks bir oteldə qeydə alınan faciə insanların gözü qarşısında olub.

Belə ki, rus əsilli, 19 yaşlı Anastasiya Tutik və ingilis əsilli 18 yaşlı Migel otelin 6-cı mərtəbəsindən yıxılıb. Gənclər hadisə yerində ölüblər.

Hadisə şahidləri bildirirlər ki, gənclər tamam çılpaq olublar. Deyilənlərə görə, onlar balkonda sevişirmişlər. Bu zaman iki çılğın gənc ehtiyatsız davranıb və hər ikisi də yerə yıxılıb.

“Hər ikisini tanıyırdım. Onlar lisey tələbələridir. Balkona çılpaq halda çıxmışdılar. Sekslə məşğul olurdular. Oğlan sevgilisini balkonun üstündə oturdmuşdu. Onların hərəkətlərinin təhlükəli olduğunu düşünürdüm. Onları izləyən zaman qəfil yerə yıxıldıqlarını gördüm. İlk öncə qız müvazinətini itirdi. Daha sonra oğlan özünü itirdi. Hər ikisi yerə yıxıldı. Mənim qışqırmaqdan başqa çarəm qalmadı”, – deyə hadisə şahidi bildirib.

Onun sözlərinə görə, yerə düşən zaman qız ölmüşdü. Gənc oğlan isə can verirdi. Bir neçə dəqiqə sonra isə Mikel dünyasını dəyişib.

Qeyd edək ki, hadisə baş verən balkonun otağının pəncərəsində Türkiyə bayrağı asılıb. Bildirilir ki, həmin mənzildə daha bir Türk tələbəsi də qalırmış.