Sentyabrın 15-də Milli Məclisin payız sessiyası başlayır

 

53

Milli Məclisin Daxili Əsasnaməsinə görə, sentyabrın 15-dən Milli Məclisin deputatlarının tətil müddəti başa çatır.

Sentyabrın 15-dən qurumun komitə iclasları başlayacaq ki, bununla da parlamentin 2014-cü il payız sessiyası öz işinə star vermiş olacaq.

Oktyabrın 1-dən isə plenar iclaslar başlayacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, komitənin gündəliyinə əvvəlki qanun layihələrinin müzakirəsi daxildir. “Hazırda həmin qanun layihələri üzərində işləyirik”-deyə o qeyd edib.