Serbiya parlamenti təxliyə olundu – Partlayış təhlükəsi

Serbiya parlamentində partlayış təhlükəsilə əlaqədar təxliyyə həyata keçirilib.

XALQ.AZ xəbər verir ki, məlumatı hadisə yerindən TASS-ın müxbiri yayıb.

Bildirilib ki, parlamentin binasının çıxışında əlində qumbara tutan naməlum kişi oradakıları hədələyib.

Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Asayiş keşikçiləri həmin şəxslə danışıq aparır.

 

Elgün