Serbiya viza rejiminin sadələşdirilir

42

 

Azərbaycanla Serbiya iki ölkə arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparır.

Xalq.az-ın  məlumatına görə, bunu bu gün Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bəyan edib.

Səfir xatırladıb ki, 2010-cü ildə Serbiya Azərbaycana ümumvətəndaş pasportlarının sahibləri üçün viza rejiminin ləğvini təklif edib. Onun sözlərinə görə, bu məsələ 2013-cü ilin iyununda xarici işlər nazirlikləri arasında keçirilən ilk məsləhətləşmələr zamanı müzakirə olunub.
Z.Vayoviç qeyd edib ki, hazırda viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır. Səfir məsələnin artıq bu il həllini tapacağına ümid etdiyini bildirib.
Bununla yanaşı diplomat qeyd edib ki, Serbiya və Azərbaycan səfirlikləri onsuz da hazırda vizaları qısa müddətdə operativ şəkildə verir.