Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb. 

XALQ.AZ-ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışıqlarına dair məlumatında bildirilir.