Sergey Şoyqu Azərbaycanda

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

XALQ.AZ xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, S. Şoyqunun səfərinin məqsədi “Ordu Oyunları-2020”nin Dəniz kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.

Rusiya MN-in məlumatında Şoyqunun səfər çərçivəsində Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı qeyd olunub.