Sevda bal ayına getdi – Foto

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla bal ayına yollanıb.

XALQ.AZ xəbər verir ki, cütlük İstanbula yollanıb. Sevda gəzintidən yalnız bir paylaşım edib. O, həmkarı Zamiq Hüseynovla bir araya gəldiklərini vurğulayıb.

Qeyd edək ki, Sevda və Zakir pandemiyaya görə toylarını təxirə salıblar. Cütlük rəsmi nikaha girib. Onlar karantindən sonra böyük toy edəcəklərini söyləyiblər.

XALQ.AZ