Sevda Yahyayeva sevgidən bəhs edib

28

 

Həmkarı Elçin Cəfərovla “Səni sevirəm” adlı duet oxuyan sənətçi bu sözlərin dərin mənaya malik olduğunu deyib:

“Mənim aləmimdə “Səni sevirəm” sözü çox müqəddəs ifadədir. Bunu hər adam təmiz yaşaya bilməz. Sevmək ülvi hisdir. Bu ifadəni çoxları işlədir, amma mənasını bilmirlər. Gənclərimizə həqiqi sevgi, sevib-sevilməyi arzulayıram. Elçin Cəfərovla səsləndirdiyimiz sevgi dueti də saf hisləri tərənnüm edir. Dinləyənlər çox bəyənəcək”.