Sevil Əliyeva Azərbaycan xalqını təbrik etdi

Sevil Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

XALQ.AZ xəbər verir ki, S.Əliyeva İnstaqram hesabında ümumilli lider Heydər Əliyevlə fotosunu paylaşaraq bunları qeyd edib:

“Əziz bacılar və qardaşlar.

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik, evinizə ruzi-bərəkət, firavanlıq arzu edirəm.

Görün bizim Novruz bayramımız nə dərəcədə həyat təsdiqedici qüvvəyə malikdir ki, həyəcanlı, dünyanın xəstəlik xofu bürüdüyü dövrə təsadüf etdiyinə baxmayaraq ürəklərimizi həmişəki kimi isindirir, ümidlərlə doldurur, bizi daha da birləşdirir və doğmalaşdırır. Bayramınız mübarək, mənim əzizlərim”.