“Sevil” massivi direktoru ölkədən qaçdı?

 

5

“Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər”.

Axar.az xəbər verir ki, bu sözlər “Sevil” massivinin rəsmi Feysbuk səhifəsində yer alıb.

Şirkət rəsmilərinin sosial şəbəkə üzərindən müştərilərinə etdiyi müraciətdə MMC-nin bağlanmadığı, bir neçə gündən sonra fəaliyyətə başlayacağı bildirilir:

“Əvvəlcə bildiririk ki, “Sevil” Massivi MTK dövlət tərəfindən qeydiyyatdan keçmiş və öz fəaliyyət sahəsi ilə məşğul olan şirkətdir. Hazırda Sevil Massivində vergi yoxlamaları getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb. Məsələ həll olunur. Bu məsələ dövlətin massivimiz üzərində nəzarətinin olmasının sübutudur və bizim xeyrimizədir. Yazılanların heç bir əsası yoxdur. Əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur. Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər”.

Xatırladaq ki, yayılan xəbərlərə görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “Sevil” MMC-də qəfil yoxlamalara başladığı, şirkətin ofisini bağladığı, işçiləri, menecerləri, mühasiblərinin saxlanıldığı, rəhbəri Aynur Zeynalovun isə Türkiyəyə qaçdığı bildirilir.

 

6