Seyfulla Əzimov parlamentdə ilk hesabatını verir

Milli Məclisin növbəti plenar iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı müzakirə edilir. 

XALQ.AZ xəbər verir ki, Milli Koordinator, Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov 2019-cu illə bağlı deputatlara illik məlumat  verir. 

Qeyd edək ki, bu S. Əzimovun Milli Koordinator kimi ilk hesabatıdır.