Şeyx Allahşükür Paşazadə səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Çeçenistanın paytaxtı Qroznı şəhərinə səfərə gedəcək.
Bu barədə XALQ.AZ-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan yubiley tədbirində fəxri qonaq qismində iştirak edəcək A.Paşazadə təbrik nitqi ilə çıxış edəcək, respublika rəhbərliyi və tədbirə təşrif buyurmuş qonaqlarla görüşlər keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.