Şeyx: “Bu bəlkə də Azərbaycan xalqına qarşı olan bir iddiadır”

“Azərbaycanda dini durum çox yaxşıdır və dindarlar üçün hər bir şərait yaradılır”.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə müsahibə verərkən deyib.
A.Paşazadə bildirib ki, amma bu dini durumdan istifadə edən qaraguruhçular istəyirlər ki, Azərbaycanda baş verən bəzi məsələləri dünyaya başqa şəkildə göstərsinlər:
“Əlbəttə bu, yolverilməzdir, düzgün deyil. Bu bəlkə də Azərbaycan xalqına qarşı olan bir iddiadır”.
Xalq.az