Şeyx forumda işirak edib

 

03

Qafqaz Müsəlmanları İdarəsinin sədri Belçikada Krans Montana Forumunun XV sessiyasının işində iştirak etmişdir

elçikanın paytaxtı Brüssel şəhərində Krans Montana Forumunın XV sessiyası başa çatmışdır.
UNESCO-nun və İSESCO-nun birgə həmsədrlik etdikləri “Dinlərin sülh və strukturlaşdırmada rolunun inkişafı” mövzusunda sessiyasının işində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə xüsusi qonaq qismində rəyasət heyətində yer almışdır.QMİ-nin mətbuat xidmətindən Xalq.az bildirmişlər ki, oktyabrın 16-da öz işinə başlayan sessiyanı açan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri ilk sözü şeyxülislam Allahşükür Paşazadəyə vermişdir.İştirakçılara Azərbaycan xalqının və Qafqaz müsəlmanlarının səmimi salamlarını və xoş arzularını çatdıran A.Paşazadə qeyd etmişdir ki, hansı millətə və dinə mənsubiyyətindən asılı olmayaraq hamımız bəşər övladıyıq, sülhə və rifaha nail olmaq ən ümdə vəzifələrimizdəndir. O, xüsusi olaraq dini liderlərin bu sahədə öz məsuliyyətlərini dərk etmələrinin zəruriliyini vurğulamış və iştirakçıların diqqətinə dini liderlərin ali hörməti və dövlət xadimləri ilə birgə əməkdaşlığını sayəsində həm öz ölkələrinin, həm də bütün dünyanın problemlərinə çarə tapılmasının mümkünlüyünü çatdırmışdır.
A.Paşazadə qlobal təhlükələr fonunda dinlərarası dialoqun qaçılmaz olduğunu, Uca Yaradanın iradəsinin əksinə nə varsa, onu rədd etməyin, habelə müqəddəs rəmzlərdən zor işlətmək, təcavüzə haqq qazandırmaq üçün istifadə olunmasının, millətlərarası münaqişələrin əldə əsas tutulmasının qəbuledilməz olduğunu diqqətə çatdırmışdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri insanın əsas mahiyyətini təhrif edənlərə layiqli cavab verilməsinin zəruriliyini önə çəkmişdir. Çünki insan zorakılığı, terroru və ekstremizmi bütün formalarında rədd edir, yalnız sülhə və əməkdaşlığa çağırır.Azərbaycanın bu gün bütün dünya üçün uğurlu tolerantlıq nümunəsi olduğunu dilə gətirən şeyxülislam ölkəmizdə olan dini qurumlar arasında səmimi əməkdaşlıq əlaqələrinin mövcudluğunu, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. O, Azərbaycanın bu gün də müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynadığını vurğulamışdır.Dağlıq Qarabağ münaqişəsindən danışan A.Paşazadə, bu problemin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş bütün səyləri bir din xadimi kimi dəstəklədiyini söyləmişdir.
Növbəti gün şeyxülislam Allahşükür Paşazadəyə Krans Montana Forumunun qızıl medalının təqdimat mərasimi olmuşdur. Medalı təqdim edən şahzadə Jan de Lüksemburq şeyxülislamın sülhyaratma sahəsindəki xidmətlərini xüsusi qeyd etmişdir.
Krans Montana Forumunun qızıl medalı ilə fəaliyyətləri ilə dünyada böyük nüfuz qazanmış və xüsusi xidmətlərə malik şəxslər təltif olunurlar.Medala görə təşəkkürünü ifadə edən A.Paşazadə bunu bütün Qafqazın möminlərinin xidmətlərinə verilən qiymət kimi dəyərləndirmişdir.Forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron ilə təkbətək görüşdə şeyx həzrətləri Forum ilə mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmişdir.Şeyxülislam Allahşükür Paşazadə Forumun XV sessiyasında xüsusi qonaq qismində iştirak edən yeganə dini lider olmuşdur.