Şeyx Qaraçay Çərkəz bölgəsinə səfər etdi

Seyx-1

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Şimali Qafqaz xalqları koordinasiya şürasının sədri və Qaraçay Çərkəz respublikasının müftisi İsmayıl Berdiyevin 60 illik yubileyi münasibətilə təşkil olunan “Ruhanilik-Rusiyanın birliyini möhkəmləndirilməsində və millətlərarası mehribançılıqda mühüm faktor kimi” adlı konfransda iştirak etmək üçün Qaraçay Çərkəz bölgəsinə səfər edib.

XALQ.AZ-ın məlumatına görə, konfransda çıxış edən bütün Qafqazın Şeyxi ilk növbətə ölkə başçısının salamlarını, həm yubilyara, həm də Qaraçay Çərkəz xalqlarına və Azərbaycan müsəlmanlarına çatdırdı.

Daha sonra Şeyxulislam Qafqazda baş verən olaylara ekskursiya edərək radikal cərəyanlara qarşı mübarizə aparmaq üçün müftiləri birgə işə çağırıb.

Regionda sülh və əmin-amanlığın qorunması üçün onları mötədil islama çağıran bütün Qafqazın Şeyxi bu yolda bütün səyləri əsirgəməməyin vacib olduğunu vurğulayıb.