Şeyx Türkiyəyə səfər edəcək

Qafqaz Müsəlmanlar İdarəsinin sədri Seyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Türkiyəyə səfər edəcək. QMİ-nin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

QMİ sədri beynəlxalq konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.

Türkiyə hökumətinin himayəsi altında keçiriləcək konfransda Türkiyə, İran, İraq, Fələstin, Hindistan, Malayziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.