Şeyxdən Suriyaya gedənlərlə bağlı sərt bəyanat

Allahsukur

“Qarabağ boyda dərdimiz ola-ola bunun qeyrətini çəkmədənsə bir şuşalının Suriyada vuruşması nə dərəcədə vacibdir. Ora gedib, süni-şiə məsələsi salmaq da lazım deyil. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır”. XALQ.AZ-ın məlumatına görə, bunu Şeyxülislam Allahşükür Paşazadə Din Xadimlərinin təkmillədirmə kurslarının açılış mərasimində deyib.

O, sünni-şiyə ayrımından istifadəyə imkan verilməməli olduğunu deyib. “Ona görə din xadimlərinin təkmilləşdirmə kurslarını təşkil etdik. Azərbaycanda heç bir məhzəb ayrı seçkiliyi etmək lazım deyil. Azərbaycanda hər hansı bir dini cərəyan, dindən ekstrimist yolla istifadə edilməsinə icazə verməyəcəyik. İstər sünni, istər şiə, nurçu, vəhhabi və başqası olsun”.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmaları İdarəsində (QMİ) din xadimlərinin təkmilləşdirmə kursunun açılış mərasimi keçirilir. XALQ.AZ-ın məlumatına görə, din xadimlərinin təkmilləşdirmə kursları QMİ-inin təşkilatçılığı ilə həyata keçiriləcək.