Şeyxdən xəstə uşaqlara dəstək

SEYX

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım edir.
XALQ.AZ-ın məlumatına görə, Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarənin rəhbərliyi Respublika Uşaq Onkologiya Mərkəzinə gedərək, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara mənəvi dəstək olur. Şeyx xəstə uşaqların olduğu palatalara bir-bir girərək onlara baş çəkir. Onlara lazımi tibbi ləvazimatlar, eləcə də sovqatlar paylanır.
Şeyx uşaqlara noutbuk, Quran-i Kərim və oyuncaqlar hədiyyə edib.

A.Paşazadəni baş onkoloq Cəmil Əliyev və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də müşayiət edir.

C.Əliyev xoşməramlı addımına görə QMİ sədrinə minnətdarlığını bildirib. “Bu bizə böyük dayaq və köməkdir”.

Qeyd edək ki, mərkəzdə 1 yaşlı uşaqdan 15 yaşına kimi uşaqlar müalicə alır. QMİ tərəfindən Uşaq Onkologiya Mərkəzinə onkoloji xəstəliklərin müayinə və müalicəsində istifadə olunan Almaniya istehsalı olan tibbi avadanlıq hədiyyə ediləcək.