Şeyxdən zəvvarlara xəbərdarlıq

 

57

 

“Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara dünyada yayılan bir sıra viruslar, o cümlədən “Ebola” xəstəliyi ilə bağlı xəbərdarlıq edilir və təlimatlar verilir”. Bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər. 

 

Təlimatlarda virusların yayıldığı regionlardan gələn insanlarla ünsiyyətə girməmək, yalnız öz şəxsi ləvazimatlarından və insanların sıx olduğu yerlərdə paylanacaq tibbi maskalardan istifadə etmək tövsiyə olunur.

Xatırladaq ki, Azərbaycana bu il Həcc ziyarəti üçün ayrılan kvota artıq dolub. Bu il Azərbaycandan Həcc səfərləri sentyabrın 23-də başlayacaq. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-i Azərbaycandan Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonra – təxminən oktyabrın 10-da nəzərdə tutulur.